Ağdaş sakini kanala düşüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə, Ağdaş rayonunda, 1982-ci il təvəllüdlü Quliyev Aqşin Əlikram oğlunun naməlum şəraitdə su kanalına düşməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.