Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub


Amerikada yaşayan həmyerlimiz Nəimi Amiral Amerika ordusunda yüksək vəzifəyə təyin olunub.

 Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələrində xidmət edən “Con” ləqəbli komandir, həmyerlimiz  Nəimi Amiral Pentaqonda ABŞ Dəniz Qüvvələrinin Baş Ofisində Avropa və NATO Əlaqələri şöbəsinə rəhbərlik edəcək. 



 "Sherg.az" xəbər verir ki, bu barədə diaspor üzrə araşdırmaçı-ekspert, Nəimi Amiralın dostu Elnur Eltürk məlumat verib. Həmyerlimizin namizədliyi ABŞ Senatı tərəfindən 2019-cu il 22 noyabr tarixində təsdiq olunub.