Lavrov: "Rusiya NATO ilə bu yarışa girmək istəmir"

Rusiya Şimali Atlantika Alyansı ilə silahlanma yarışına girmək istəmir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

Nazirin sözlərinə görə, nə Rusiya, nə də Çin NATO ilə silahlanma yarışı aparmaq arzusunda deyil.

“Buna baxmayaraq, Rusiya alyansın istənilən təhdidinə cavab verməyə qadirdir”, - Lavrov bildirib.