Jurnalist: “Dövlətin qayğısı sayəsində yenidən evlərinə qovuşanlar bu gün çox sevinirlər”

“Cənab prezidentin Şamaxı səfəri olduqca əlamətdardır”. 

Bu sözləri Sherg.az-a açıqlamasında siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət deyib.

Analitik bildirib ki, bir müddət öncə Şamaxıda zəlzələ baş vermişdi və Şamaxı sakinlərinin bir qismi evlərindən olmuşdu:

“Ölkə başçısı tapşırıqlar verdi, şəxsən özü Birinci vitse-prezident Mehriban Əliyeva ilə Şamaxıya səfər etdilər və sakinlərlə maraqlandılar. Bu zaman dağılmış evlərə də baxaraq müəyyən tapşırıqlarını da verdilər. İndi isə cənab Prezidentin yenidən Şamaxıya səfər etməsi həmin işlərin nə dərəcədə yerinə yetirilməsi ilə bağlıdır. Ölkə başçısı həmçinin yeni evlə təmin edilmiş vətəndaşlara şəxsən gedib gözaydınlığı da vermək istəyirdi. Düşünürəm ki, zəlzələ olan zaman zərər çəkən sakinlər və dövlətin qayğısı sayəsində yenidən evlərinə qovuşanlar bu gün çox sevinirlər. Sevinclərinin səbəbi də odur ki, həm dövlətimiz onları küçədə buraxmadı və qayğılarına qaldı, həm də cənab Prezident şəxsən gəlib onların yeni evlərinə nəzər yetirdi. İstənilən ölkənin vətəndaşı məhz bu cür Prezident arzu edərdi”.