İlin ən məşhur aktyorları bəlli oldu

IMDb portalı 2019-cu ilin ən populyar aktyor və aktrisalarını elan edib.

Sputnik Azərbaycan xəbər verir ki, ilin ən məşhur aktrisası "Kapitan Marvel" filmində əsas obrazı canlandıran Bri Larson layiq görülüb. Reytinqdə ikinci pillədə "Oğlanlar" serialındakı super qəhrəman rolunun ifaçısı Erin Moriarti yer alıb. "Taxt-tac oyunları" serialında tanınan Emiliya Klark isə üçüncü yerdə qərarlaşıb. Daha sonra siyahıda Naomi Skott, Dakre Montqomeri, Zakari Livay, Kianu Rivz, Roza Salazar və Marqo Robbi gəlir. Onluğu "Coker" filmində baş rolun ifaçısı Xoakin Feniks bağlayır.

Qeyd edək ki, reytinq son bir ildə IMDb portalında axtarışların əsasında tərtib olunub.