Cazibədar müğənni də deputat olmaq istəyir



Tanınmış müğənni Seeya etdiyi paylaşımla diqqətləri öz üzərinə toplayıb.






 Azxeber.com xəbər verir ki, "Papito" mahnısı ilə məşhurlaşan ruminiyalı müğənni Bakıda Milli Məclisin önündə foto çəkdirib.

Fotoya isə "İ want enter New Azerbaijan Parliament. What do you think? (Mən yeni Azərbaycan Parlamentinə daxil olmaq istəyirəm. Siz necə düşünürsüz?" sözlərini yazıb.

Müğənninin bu addımı geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, fevralın 9-u Azərbaycan Milli Məclisinə seçkilər keçiriləcək.