Ən böyük Yeni il yolkası İtaliyada yandırıldı 

İtaliyada dünyanın ən böyük Yeni il yolkası yandırılıb.

REN TV xəbər verir ki, bu İndjino dağının cənub yamacında yolka şəklində yığılmış işıq quraşdırılmasıdır.

Onun hündürlüyü 750 metr, eni 450 metr təşkil edir. Yolkanın başını hər 5 dəqiqə rəngi dəyişən ulduz bəzəyir.

Yolkada ümumilikdə 700 işıq var. Layihənin müəllifləri hamıya “övladlığa od götürməyi" və onu yaxın insanlara həsr etməyi təklif ediblər. Bundan yığılan pul xeyriyyə fonduna keçiriləcək.