Bakıda bacı-qardaşı bıçaqlayan şəxsin kimliyi bilindi

Bakıda bacı və qardaşı bıçaqlayan şəxsin kimliyi müəyyənləşib.

Report-un xəbərinə görə, hadisə dekabrın 7-də paytaxtın Binəqədi rayon, Eldar Babayev küçəsi, ev 30-da baş verib.

Belə ki, saat 13 radələrində Qıxlarov Elmar Mərdan oğlu 1998-ci il təvəllüdlü Qıxlarova Ayşən Əbil qızına və onun qardaşı, 1994-cü il təvəllüdlü Mənsimli İlkin Əbil oğluna iki dəfə bıçaq zərbəsi endirərək xəsarət yetirib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq aparılır.