Xırdalanda binada partlayış: Xəsarət alan var

Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub.

FHN-dən verilən məlumata görə, ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində bir otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb. Hadisə zamanı bir nəfər xəsarət alıb. Bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.