İqdır təxribatına cavab: İrəvan türk torpağıdır

Ermənistanda fəaliyyət göstərən “Qərbi Ermənistan TV (Western Armenian)” hava çirkliliyi ilə bağlı yayımladığı xəbərdə İqdırı Ermənistan şəhəri kimi təqdim edib.

Axar.az xəbər verir ki, sözügedən xəbər İqdır əhalisi, eləcə də Türkiyə cəmiyyəti tərəfindən kəskin tənqid edilib.

Türkiyə Azərbaycan Dostluq Dərnəklərinin sədr müavini, İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal bunun qəbuledilməz olduğunu söyləyib:

“Qərbi Ermənistanın İqdır şəhəri” ifadələrinin işlədilməsi başadüşülən deyil. İqdır əsl türk şəhəridir. İqdırın Qərbi Ermənistan şəhəri olması mümkün deyil. Türkiyə düşməni olan ermənilər hər fürsətdə xəyallarını ortaya qoyurlar. Bu da göstərir ki, ermənilərin gözü illərdən bəri Türkiyə torpaqlarındadır. Hazırda yaşadıqları İrəvan belə türk yurdudur, Qərbi Azərbaycanın bir parçasıdır. Ermənilər Türkiyə düşmanlıqları sayəsində Ermənistanda olan türk nüfuzu yox edib, bir qismini ölkədən çıxarıb. İndi də imperialist yalan olan guya soyqırımı bəhanə edərək, Türkiyədən torpaq, tanınma və təzminət almağa çalışırlar. Bu çərçivədə təbliğata yol verərək, türkcə TV də yaradıblar. Məqsədləri Türkiyə torpaqlarını Ermənistan torpağı kimi təqdim edərək qavrayış əməliyyatı keçirməkdir”.

Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksəl Gülbəy sözügedən erməni televiziyasına fransızların dəstək verdiyini bildirib. O, bu yayıma görə Türkiyə Xarici İşlər Nazirliyinin Ermənistana nota verməsi gərəkdiyini söyləyib.