Rəsmi Bakıdan bu ölkəyə nota: Deputatların Qarabağa qanunsuz səfərinə görə

Dekabrın 7-də Qarabağa qanunsuz səfər edən Qvatemala parlamentinin nümayəndə heyətinin üzvlərinin adları Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən xarici ölkə vətəndaşları siyahısına daxil edilib.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Leyla Abdullayeva deyib. O, Qvatemalaya bununla əlaqədar nota göndəriləcəyini bildirib:

“Azərbaycanın Meksikadakı səfiriliyi eyni zamanda Qvatemala ilə münasibətlərə də məsuldur. Meksikadakı səfirliyimiz tərəfindən Qvatmela Xarici İşlər Nazirliyinə bununla bağlı etiraz notası təqdim olunacaq”.

Qeyd edək ki, Qvatemala parlamentinin nümayəndə heyəti dekabrın 7-də Azərbaycanın işğal altında olan Qarabağ ərazisinə gəlib. Qondaram rejimə gələn nümayəndə heyətinə Qvatemala Konqresinin birinci vitse-spikeri Felipe Alexos Lorenza rəhbərlik edib. Məlumata görə, Lorenzanı qondarma rejimin “spikeri” Aşot Qulyan qəbul edib.