Türkiyə 11 terrorçunu Fransaya deport etdi

Türkiyə Fransaya İŞİD terror təşkilatına üzv olmuş bu ölkənin 11 vətəndaşını deport edib.

Axar.az xəbər verir ki, bu məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.

Xatırladaq ki, Türkiyə XİN 11 noyabrdan etibarən İŞİD terror təşkilatı döyüşçülərinin ölkələrinə deport ediləcəyini bəyan etmişdi. Bu müddət ərzində Türkiyədən ABŞ, Almaniya, Böyük Britaniya və Avstraliya vətəndaşları vətənlərinə göndərilib, deport olunanların sayı 71 nəfərə çatıb.