BMU tələbələrinin növbəti uğuru...

Universitet komandası “ICPC 2019-2020 Azərbaycan Çempionu Serifikatı”na və “Cənubi Qafqaz Açıq Çempionatının Yüksək Nailiyyət Sertifikatı”na layiq görülüb



Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Gürcüstanın Tbilisi şəhərində Biznes və Texnologiya Universitetində keçirilmiş “44-cü ICPC 2019-2020 NERC-Tələbələrin beynəlxalq proqramlaşdırma müsabiqəsi”nin yarımfinal mərhələsində və “Cənubi Qafqaz açıq çempionatı”nda iştirak edib. Müsabiqələrdə BMU 2 komanda ilə təmsil olunub. “Cənubi Qafqaz açıq çempionatı”nın fərdi müsabiqəsində iştirakçılara 4 saat ərzində 12 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib. Fərdi müsabiqənin nəticələrinə görə, BMU-nun tələbəsi Ülvi Aslanlı “Yüksək nailiyyət sertifikatı”na layiq görülüb.

Sonra keçirilən ICPC NERC regionu üzrə yarımfinal komanda müsabiqəsinin nəticələrinə əsasən BMU-nun Baku EU 1 komandası (Ülvi Aslanlı, Nicad Hüseynov, Əyyub Nəcəfzadə, komanda rəhbəri: Etibar Seyidzadə) “ICPC 2019-2020 Azərbaycan Çempionu Sertifikatı”na, həmçinin “Cənubi-Qafqaz Açıq Çempionatının Yüksək nailiyyət sertifikatı”na, Baku EU 2 komandası (Nizam Novruzov, Müzəffər Məmmədli, Zəkəriyyə Zəkəriyyəli, komanda rəhbəri: Etibar Seyidzadə) isə “ICPC 2019-2020 Fərqlənmə sertifikatı”na layiq görülüblər.
Yarışmaya ümumilikdə Azərbaycanın 9 ali təhsil müəssisəsindən 16 komanda qatılıb. Komanda müsabiqəsi, eyni zamanda Sankt-Peterburq, Barnaul, Almati şəhərlərində də keçirilib. 11 ölkələnin ali təhsil müəssisələrindən 301 komanda təmsil olunub. 
Qeyd edək ki, Azərbaycanın ali təhsil ocaqlarının “44-cü ICPC-Universitet tələbələrinin beynəlxalq proqramlaşdırma müsabiqəsi”nin regional mərhələsində BMU tələbələrindən ibarət Baku EU1 komandası 10 bal toplayaraq ilk yeri tutmuşdu.