Daha çevik parlament: Problemlərin həlli asan olacaq

“Heç şübhəsiz, son dövlər aparılan kadr və struktur islahatları Azərbaycanın daha güclü və dinamik dövlətə çevrilməsinə hesablanıb”.

Bunu Sherg.az-a açıqlamasında politoloq Zeynal Əmralıyev deyib. 

Analitik bildirib ki, cənab Prezidentin çox uğurlu şəkildə həyata keçirdiyi bu siyasət ən əsası Azərbaycanda insan amilinə verilən yüksək dəyərin təcəssümüdür: 

“Dövlət başçısı tərəfindən həyata keçirilən bu, siyasət dövlət aparatının heç bir problem olmadan yenilənməsi ilə nəticələndi. Prezident İlham Əliyev sadəcə iqtidar komandasındakı gənclərin qabağa çəkilməsinə, digər qruplaşmaları təmsil edən gənclərin geridə qalmasına imkan vermədi. İslahatların davam etdiyi bir zamanda növbədənkənar parlament seçkiləri təşkil edərək proseslərdən narazı olan qüvvələrin gənclərinə də yeni şərait yaratdı.



Zeynal Əmralıyev: "İctimai-siyasi cəhətdən fəal olan bir gənc kimi dövlət başçısına bu imkanı bizlərə yaratdığı üçün təşəkkür edirəm"


Seçkidə iştirak etməklə həmin gənclər əsasən siyasi təcrübə toplayacaqlar. Qalib gələkləri təqdirdə isə gənc yaşlarında qanunvericilik orqanında təmsil olunaraq ölkənin ictimai-siyasi həyatında öz sözlərini deyəcəklər. İctimai-siyasi cəhətdən fəal olan bir gənc kimi dövlət başçısına bu imkanı bizlərə yaratdığı üçün təşəkkür edirəm. Bu, həqiqətən çox böyük siyasi jest idi. Ancaq eyni zamanda düşünürəm ki, islahatlar davam etməli, əhalinin narazı olduğu digər problemlər də həllini tapmalıdır. Daha çevik parlamentlə mövcud problemləri həll etməyin asan olacağı şübhəsizdir”.