Azərbaycanlı Rusiyadakı məhkəməsinə qatıla bilmədi

Rusiyada azərbaycanlının iştirak etmədiyi məhkəməsi olub. Belə ki, sərxoş vəziyyətdə olan şəxs keçən il Usinsk sakinini öldürməklə hədələyib. 

Oxu.Az xəbər verir ki, Komi Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, azərbaycanlı Usinsk şəhər sakininin sağlamlığa yüngül zərər yetirmək və onu ölümlə hədələməklə ittiham olunub.

Onun barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilsə də, azərbaycanlı istintaqdan qaçıb və axtarışa verilib.

Usinsk polisləri Rusiyadan qaçaraq, Azərbaycanda gizlənən həmin şəxsi tapıblar. Onun indi Rusiyaya geri qayıda bilmədiyi qeyd olunub.

Azərbaycanın paytaxtı Bakıda gizlənən şəxs Rusiyaya gələ bilmədiyi üçün məhkəmədə onun işinə öz iştirakı olmadan baxılıb.