Çexiyada qatilin anası polisə yardım edib

Çexiyanın Ostrava şəhərində xəstəxanada odlu silahdan açdığı atəşlə altı nəfəri qətlə yetirən şəxsin anası oğlunun axtarışlarında polisə yardım edib.

Axar.az xəbər verir ki, cinayəti törətdikdən sonra 42 yaşlı kişi anasının yanına gələrək əməlini etiraf edib və intihar edəcəyini söyləyib.

Oğlunu itirməkdən qorxuya düşən ana polisə müraciət edib. Ancaq bu, oğlunun həyatını xilas etmək üçün yetərli olmayıb. Psixi sarsıntılar keçirən cinayətkar intihar edib.