Gəncədə “Jiquli” piyadanı vurdu: Vəziyyəti ağırdır

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gülüstan qəsəbəsində qeydə alınıb. Göygöl rayon sakini 1973-cü il təvəllüdlü Elxan Abbasov yolu keçmək istəyərkən onu “VAZ 2107” markalı maşın vurub.

Yaralı sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.