Bakıda azyaşlı itkin düşdü

Bakıda - Qaradağda 12 yaşlı oğlan itkin düşüb.

Oxu.Az xəbər verir ki, dekabr ayının 7-də, saat 22:00 radələrində Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yaşayan 2007-ci il təvəllüdlü O.Nəcəfov evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Faktla bağlı araşdırma aparılır.