Gürcü Arzusu dağılır: 17-ci deputat da getdi

Gürcü Arzusu Partiyasını daha bir deputat tərk edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan İctimai Televiziyası yayıb.

Məlumata görə, partiyanı tərk edən deputat Aleksandr Erkvaniya olub. Erkvaniyanın fəaliyyətini müstəqil deputat kimi davam etdirəcəyi bildirilib. Onun ölkədə yaranan siyasi böhranla əlaqədar partiyanı tərk etdiyi vurğulanıb.

Qeyd edək ki, Gürcü Arzusunu bununla tərk edən deputatların sayı 17-yə çatıb.