Suriyadan “Sülh çeşməsi”nə dəstək

Suriya müxalifəti Türkiyənin ölkənin şimalında həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatını dəstəkləyir.

Axar.az xəbər verir ki, bunu Astana formatı üzrə danışıqlar zamanı müxalifətin nümayəndə heyətinin rəhbəri Əhməd Toame bildirib.

“Biz “Sülh çeşməsi” əməliyyatına tam dəstək verdik, çünki bu əməliyyat Suriya ərazisinin bütövlüyü və mümkün qədər çox qaçqının yurdlarına qayıtması kimi mühüm strateji hədəflərin həyata keçirilməsinə xidmət edir”, - o deyib.

Qeyd edək ki, Suriya ilə bağlı Astana formatı üzrə danışıqların növbəti - 14-cü raundu Nur-Sultan şəhərində təşkil edilir.