Nazir ilk dəfə açıqladı: Dağlara məktub atırıq

PKK terror təşkilatının üzvlərinə qarşı müxtəlif şəkildə mübarizə aparırıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Daxili İşlər naziri Süleyman Soylu deyib.

“İctimaiyyət bunu bəlkə də ilk dəfədir eşidir: anaların yazdıqları məktubları dağlardakı PKK mövqelərinə atırıq. Bilirik ki, o dağlarda PKK tərəfindən aldadılan insanlarımız var”, - nazir bildirib.

S.Soylu sözügedən terror təşkilatının psixoloji baxımdan çökdüyünü bildirib.