Bu partiyalar seçkilərdə iştirak üçün müraciət etdi: MSK qərar verib

Yeni Azərbaycan Partiyasının (YAP), Ümid Partiyasının və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin səlahiyyətli nümayəndələri qeydə alınıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında bildirilib.

Müzakirələrdən sonra müraciətlər səsə qoyularaq qəbul edilib.

Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.