İsrail parlamenti özünü buraxdı

İsrailin birpalatalı parlamenti olan Knessetin 22-ci çağırış deputatları parlamentin buraxılması haqda qərar qəbul ediblər.

Axar.az xəbər verir ki, bu məlumatı Knessetin televiziya kanalı yayıb.

Məlumata görə, 22-ci çağırış Knessetinin buraxılması haqqında qanun layihəsi ilk oxunuşda 50 səslə qəbul edilib.

23-cü çağırış Knessetinə seçkilər 2 mart 2020-ci ildə keçiriləcək.

Qeyd edək ki, 22-ci çağırış Knessetinə seçkilərdən sonra Prezident Reuven Rivlin növbə ilə iki böyük partiya lideri – hakim Likud Partiyasının lideri Benyamin Netanyahu və “Kaxol-Lavan” müxalifət blokunun rəhbəri Beni Qantza nazirlər kabinetinin formalaşdırılması üçün mandat təqdim edib. Lakin onların heç biri parlament çoxluğunun dəstəyini ala bilməyib.