Türkiyə və ABŞ gəmiləri Şərqi Aralıq dənizində təlim keçirib

ABŞ və Türkiyənin hərbi gəmiləri Şərqi Aralıq dənizində birgə təlim keçirib.

Axar.az xəbər verir ki, ABŞ-ın "USS Herri S.Truman" gəmisi ilə Türkiyənin "Qabya" hərbi gəmisi bir araya gəlib.

Qeyd edilib ki, təlim keçməkdə məqsəd iki ölkənin hərbi donanması arasında müharibə və humanitar yardım zamanı rabitə və əməkdaşlığı təmin etməkdir.