Zelenski: "Rusiyaya qarşı sanksiyalar davam etdirilməlidir"

Minsk razılaşmasının şərtləri yerinə yetirilənə qədər Rusiyaya sanksiyaların davam etdiriləcəyinə ümid edirik.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Şurasının (AŞ) Prezidenti Şarl Mişelə telefon danışığında deyib.

Zelenski həmçinin Mişelə dəstəyinə görə təşəkkür edib və onu Ukraynaya səfərə dəvət edib.