İtən təyyarənin axtarışları zamanı meyitlər tapıldı

Antarktida yolunda itkin düşən Çili HHQ-nin təyyarəsinin axtarışları zamanı meyitlər tapılıb.

Lenta.ru-nun məlumatına görə, bu barədə “Cooperativa” radiostansiyası xəbər yayıb.

Respublika HHQ axtarış ərazisində təyyarənin hissələri və qəza qurbanlarının cəsədlərinin qalıqlarını tapdıqlarını təsdiqləyiblər.

Meyitlər pilotlarla əlaqənin kəsildiyi yerdən 40 km kənarda aşkarlanıb.

Qeyd edək ki, dekabrın 10-da Çili HHQ-nin nəqliyyat təyyarəsinin radarlardan itdiyi bildirilmişdi. Hava gəmisinin göyərtəsində 38 nəfər olub.