Bu gün Böyük Britaniyada növbədənkənar seçkilər keçirilir

Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir.

“Gazeta” dərgisi  məlumat verir ki, seçki məntəqələri səhər saat 7-dən gecə 10-a kimi açıq olacaq.

Mühafizəkarlar Partiyasının üzvü, Baş nazir Boris Conson “Brexit” planını həyata keçirmək üçün parlamentdə mütləq çoxluqla təmsil olunmalıdır. Parlamentdə təmsil olunan digər partiyaların əksər üzvləri Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının əleyhinə çıxış edir.

Xatırladaq ki, Böyük Britaniyada 650 seçki dairəsi fəaliyyət göstərir. 46 milyon seçicinin öz namizədini seçəcəyi gözlənilir. Parlamentə 650 deputat seçiləcək.

Bizimlə əlaqə saxlayın