Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti Ceyran Haşımova xəstəxanaya yerləşdirilib.

Bu haqda Teleqraf.com-a xalq artistinin oğlu Rəşad Haşımov məlumat verib.

“Hazırda xəstəxanadadır, səhhəti normaldır. İki gündən sonra xəstəxanadan çıxacaq. İldə bir-iki dəfə 10 günlük xəstəxanaya getməli və müayinə olunmalıdır. Ürək və təzyiq xəstəliyindən əziyyət çəkir”, - o bildirib.