Peskov: "Şimali Qafqazda terror aktı törədənlər Avropada gizlənir"

Avropada hələ də Şimali Qafqazdakı faciəli hadisələr zamanı terror aktları və kütləvi cinayətlərdə ittiham olunan çox sayda şəxslər gizlənir.

Gazeta.ru xəbər verir ki, bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əvvəlki kimi, Avropa ölkələrində bir çox belə insanlar gizlənir. Haradasa vətəndaşlıq, haradasa yaşayış icazəsi alırlar. Onlar sadə insanlar arasında küçələrdə gəzirlər.

Bir çoxunun Rusiya Federasiyasına verilməsi üçün bir sıra istintaq addımları atılır”, - Peskov bildirib.