İraqda ABŞ bazasına növbəti hücum edildi

Bağdadda yerləşən ABŞ hərbi bazası yaxınlığında iki raket partlayıb.

Axar.az xəbər verir ki, məlumatı İraq mətbuatı yayıb.

Qeyd edək ki, bu bazaya sonuncu dəfə 10 dekabrda hücum edilmişdi.

Bununla İraqdakı ABŞ hərbi kontingentinin yerləşdiyi bazalara edilən hücumların sayı oktyabrdan bu yana 10-a çatıb.