Davudoğlu siyasi təşkilat yaradır – Qeydiyyat üçün müraciət edib

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu AKP – ilə rəqabət aparmaq üçün öz siyasi təşkilatını formalaşdırmağı qəraralaşdırıb.
«Sherg.az » «lefigaro.fr »ə istinadən xəbər verir ki, bu barədə «AFP »yə  Ə.Davudoğlunun yaxın ətrafı məlumat verib. Xəbərdə bildirilir ki, bu gün Ə.Davudoğlu «Gələcək Partiyası » adlı siyasi təşkilatını qeydiyyata aldırmaq üçün Türkiyə Daxili İşlər Nazirliyində olub. 
Qeyd edək ki, 60 yaşlı Ə.Davudoğlu 2014-2016-cı illərdə baş nazir vəzifəsində çalışıb.