Cibindən qumbara çıxan azərbaycanlı tutuldu

Ukraynada Rusiyada yaşayan azərbaycanlının məhkəməsi olub. İrkutskda yaşayan azərbaycanlı qanunsuz silah gəzdirməkdə ittiham olunub.

Kh-news.net-in xəbərinə görə, onu Buçmı küçəsində yerləşən “Porshen” qaraj kooperativində tutublar.

Baxış zamanı onun üst geyiminin cibindən F-1 qumbarası tapılıb.

Bundan başqa, ona məxsus minik avtomobilində qumbara qutusu aşkar edilib.

Məlum olub ki, o, daha əvvəl eyni cinayətlə həbsdə olub.

Məhkəmə qərarına görə, 60 gün müddətinə həbs qərarı verilən azərbaycanlı 153700 qrivna (11,112 AZN) girov qarşılığında ev dustaqlığına buraxıla bilər.