Bibiheybət yolunda təmir başlayacaq

Yaxın günlərdə Bibiheybət qəsəbəsindəki sürüşümə qeydə alınan yolda təmir-bərpa işlərinə başlanacaq.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.

A.Nəcəfli qeyd edib ki, təmir-bərpa işləri AAYDA tərəfindən “Körpübinatikinti” şirkətilə birgə həyata keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hazırda Bibiheybət qəsəbəsində sürüşmə hadisəsi müşahidə edilmir: “Ümumilikdə respublika ərazisindəki sürüşmə zonalarında stabillikdir”