Azərbaycanlını saxta yolla qeydiyyata saldılar

Rusiyanın Bryansk vilayətinin Kletnyanski rayon sakini azərbaycanlını saxta yolla qeydiyyata salıb.

Miqrasiya İdarəsinə sənədləri təqdim edən qadının fırıldaqçılığı üzə çıxıb, azərbaycanlının, əslində, qeydiyyata salındığı evdə yaşamadığı məlum olub.

Hadisə ilə əlaqədar cinayət işi açılıb.

Gorod-tv.com-un xəbərinə görə, azərbaycanlını saxta yolla qeydiyyata salan qadın hakim qarşısına çıxacaq.