Britaniya bu tarixdə AB-dən çıxır

Britaniya Avropa Birliyindən yanvarın 31-də ayrılacaq.

Axar.az xəbər verir ki, bunu Britaniya Baş naziri Boris Conson deyib.

Qeyd edək ki, bundan öncə Breksitin oktyabrda gerçəkləşdiriləcəyi açıqlansa da, Britaniya parlamenti AB ilə London arasında əldə olunan razılığı dəstəkləməmişdi. Nəticədə ölkə növbədənkənar parlament seçkisinə getmişdi.

Ötən gün keçirilən seçkidə isə ilkin nəticələrə görə Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası böyük uğur qazanaraq, 368 mandat əldə edib.