DSX: Sərhəddə üç yeni hərbi hissə inşa olunub

Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyevin tapşırığı əsasında Ermənistan ilə dövlət sər­hədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində, təmas xət­tində təhvil alınan döyüş postlarında böyük miqyaslı işlər görülüb.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində bildirilib. 

Hesabatda Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyası xidməti-döyüş fəaliyyətinə başlanıldığı bildirilib.

Hesabat dövründə bu istiqamətdə bütün sərhəd döyüş məntə­qələri, üç yeni hərbi hissə inşa olunub, sərhəd döyüş məntəqələrinə aparan və onlar arası 38,7 km məsafədə qoruyucu val sədləri və 92 km məsafədə yollar salınıb, istifadəyə verilən hərbi obyektlər müasir istilik sistemləri, gene­rator və günəş batareyaları ilə təmin edilib, sərhəd döyüş məntəqələrinə sənaye işığı, qaz və su xəttləri çəkilib.