Moskvada terror aktları planlaşdıran 5 İŞİD yaraqlısı həbs olundu

Moskvada İŞİD terror qruplaşmasının terror aktları planlaşdıran 5 yaraqlısı həbs olunub.

"Report" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Rusiya xüsusi xidmət əməkdaşlarının Daxili İşlər Nazirliyi ilə birlikdə həyata keçirdikləri əməliyyat zamanı iki Rusiya vətəndaşı və Orta Asiya ölkələrindən olan üç nəfər saxlanılıb. Məlumatda deyilir ki, onlar diversiya-terror aktları törətmək niyyətində olublar. Aparılan axtarışlar zamanı İŞİD emissarlarının təlimatları ilə rabitə vasitələri, eləcə də “Kalaşnikov” avtomatı, "Makarov" tipli tapança, sursat və əldəqayırma partlayıcı qurğu aşkar edilib.

Faktla bağlı cinayət işi açılıb. İstintaq davam edir.