Nigeriyada insanlara yardım edən təşkilatın dörd üzvü edam edildi

Nigeriyada naməlum şəxslər iyul ayında girov götürdükləri “Aclığa qarşı fəaliyyət” (Action against Hunger) təşkilatının dörd üzvünü qətlə yetiriblər. 

Xəbər qeyri-hökumət təşkilatının saytında yayımlanıb.

Məlumata əsasən, 2019-cu ilin iyul ayında Nigeriyanın Borno əyalətində təşkilatın humanitar karvanına hücum olunub.

Hadisə zamanı humanitar fəaliyyətlə məşğul olan altı nəfər girov götürülüb. Sentyabr ayında girov götürülənlərdən birinin edam edildiyi haqda xəbər verilmişdi.