Rihanna haqqında 25 milyon dollarlıq sənədli film çəkilir

Dünya şöhrətli müğənni Rihannanın həyatı ilə bağlı sənədli film çəkilir.

Oxu.Az xəbər verir ki, artıq çəkiləcək filmin təfərrüatı məlum olub.

Filmin çəkilməsi üçün bütün hüquqları pulla alan “Amazon” şirkəti müğənniyə 25 milyon dollarlıq təklif edib.

Rejissor Peter Berq bir neçə ildir bu layihə üzərində işləyir. Hələlik müğənninin hansı cavab verdiyi məlum deyil.