Azərbaycanlılar Rusiyada qanunsuz kazino açdı

Azərbaycanlılar Rusiyada qanunsuz kazino açıb.

Surqut və Langepas şəhərində açılan kazinoların qanunsuz gəliri təxminən iki milyon rubl (54200 AZN) təşkil edib.

MUKSUN.FM-in xəbərinə görə, hadisə ilə bağlı kazino açan iki azərbaycanlıya qarşı cinayət işi başlanıb.

İrəli sürülən ittiham məhkəmədə sübuta yetirilərsə, onları dörd ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.