Azərbaycanlı bloqer müğənniliyə başladı - VİDEO

“Instagram” sosial şəbəkəsində 12 milyondan çox izləyicisi olan Rusiyada yaşayıb, orada bloqerlik fəaliyyəti ilə məşğul olan Hüseyn Həsənov daha bir addımı ilə diqqətləri öz üzərinə çəkib.

Oxu.Az xəbər verir ki, müğənnilik eşqinə düşən Hüseyn “Black Star” leyblı altında çalışan Natanla oxuduğu “Seç” adlı duetini təqdim edib.

Mahnı sosial şəbəkələrə yayılar-yayılmaz dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Beləcə, mahnı dörd gün ərzində hitə çevrilib.

Bu H.Həsənovun sayca ifa etdiyi ikinci mahnıdır. Onun iyun ayında “Youtube”da təqdim etdiyi “10 Lyamov” adlı treki bu günə qədər 350 min dəfə izlənilib. Hüseynin oxuduğu hər iki mahnı daha çox gecə klublarında səsləndirilir”.

Qeyd edək ki, sosial şəbəkədə böyük auditoriyaya sahib olan Hüseyn Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. Hüseyn restoran işi ilə məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez baş çəkən H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.