Müsavat Divan üzvünü namizəd siyahısına salmadı - "Əvvəldən bilirdim ki..."

“Öz təşəbbüsümlə müstəqil şəkildə deputatlığa namizədliyimi irəli sürmüşəm”.

Sherg.az-ın xəbərinə görə, bu barədə Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlı deyib. 

Yadigar Sadıqlı yazıb ki, Müsavat Partiyasının indiki rəhbərliyinin onun namizədliyini dəstəkləməyəcəyini bilirmiş: 

“Onlar mənimlə əlaqə saxlamadılar, mən də müraciət etmədim. Amma boş yerə vaxt itirməmək üçün, hələ dekabrın 12-də 73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasına ərizə ilə müraciət etdim. Amma bunu heç kəsə bildirməmişdim ki, günah mənim üzərimdə qalmasın. “Biz irəli sürəcəkdik, amma özü sürdü” deməsinlər. Sabah imza vərəqələrini götürməliyəm. Bilirəm, qeydə almaya bilərlər, yenə xeyli zəhmət və əsəb çəkməli olacam. Amma bir çoxları kimi say xətrinə formal namizədlik olmayacaq, həqiqətən mübarizə aparacağam. Tanrı utandırmasın!”.