İki tanınmış "ReAL Cümhuriyyətçilər"ə qoşuldu – Namizəddirlər

Tanınmış həkim Vasif İsmayıl və politoloq Fərhad Mehdiyev də seçkilərdə namizədliklərini irəli sürüblər.

Sherg.az-ın xəbərinə görə, hər iki şəxs Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə ReAL Partiyasının yaratdığı "ReAL Cümhuriyyətçilər" Koalisiyasının tərkibində iştirak edəcəklər. 

V.İsmayıl Sumqayıt 41 saylı 1-ci Seçki Dairəsindən, F.Mehdiyev isə 21 saylı Nəsimi 1-ci Seçki Dairəsindən mübarizə aparacaqlar. 

Qeyd edək ki, 2020-ci ilin fevralın 9-da Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.