Azay Quliyev deputatlığa namizədiyini irəli sürdü

"Milli Məclisdə şərəflə təmsil etdiyim 8 saylı Binəqədi birinci seçki dairəsindən yenidən deputatlığa namizədliyimi irəli sürməyə qərar verdim".

Sherg.az-ın xəbərinə görə, bu sözləri 5-ci çağırış Milli Məclisin deputatı Azay Quliyev deyib. O, əmindir ki, seçicilərin təkrar etimadını qazanacaq:

"Və növbəti 5 ildə də onları ləyaqətlə təmsil edəcəm". 

Qeyd edək ki, 2020-ci il, fevralın 9-da Milli Məclisə növbədənkənar seçki keçiriləcək.