Bələdiyyə üzvlüyünə namizəd: "Seçici aktivliyi var" - FOTOLAR

“Xətai rayonunda yerləşən seçki dairələrində seciçi aktivliyi hiss olunur”. 

Bunu Sherg.az-a açıqlamasında 34 saylı Xətai İkinci Seçki Dairəsindən bələdiyyə üzvlüyünə namizəd, “Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli  deyib. 

Namizəd digər seçki dairələrindəki vəziyyətlə tanış olduğunu da söyləyib: 

“34 Saylı İkinci Seçki Dairəsinin 12 və 9 saylı məntəqələrində olduq. 33 Saylı birinci seçki 14 və 17 saylı məntəqələrində müşahidə apardıq. Orada olduğum müddətdə aktivliyin şahidi oldum”.