Bələdiyyə üzvlüyünə namizəd politoloq məntəqələri gəzdi - FOTO

“Namizəd kimi Nəsimi rayonunun seçki məntəqələrində müşahidələr apardım”. 

Bunu Sherg.az-a açıqlamasında Nəsimi rayonu 21 saylı 1-ci Seçki Dairəsindən bələdiyyə üzvlüyünə namizəd olan gənc siyasi ekspert, YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədr müavini Fuad Heydər deyib. 

Gənc namizəd seçici fəallığından razı qaldığını bildirib: 

“Həqiqətən, seçki məntəqələrində seçici fəallığı yüksəkdir. Məntəqə sədrləri hər məsələyə diqqətlə nəzarət edirlər. Seçki prosesində müşahidəçilərin nəzarəti də qənaətbəxşdir. Bu saatlara qədər olan fəallıq yüksəkdir. Ümid edirəm, son dəqiqələrə qədər aktivlik müşahidə olunacaq”.