Köhnə maşınlara tələb artıb: Rüsum çoxdur, yeni avtomobil almağa vətəndaşların gücü çatmır

“Avtomobil bazarındə vəziyyət mövsümə uyğun olaraq dəyişir”. Bu baraədə Sherg.az - a avtomobil bazarındakı vəziyyəti dəyərləndirərkən, ekspert Elməddin Muradlı bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda “Yol hərəkətinin təhlükəsizliyinə dair” beş illik Dövlət Proqramı qəbul olunub:

“Həmin proqramda da, köhnə avtomobillərin istismardan çıxarılması və avtomobil parkının yenilənməsi və.s kimi məsələlər qarşıya məqsəd olaraq qoyulub. Bu il avtomobillərinin qiymətinin aşağı enməməsinin  əsas səbəblərindən biri Dövlət Gömrük Komitəsinin (DGK) rüsumlarda dəyişiklik etməməsidir. Eyni zamanda DGK-i açıqlama verdi ki, istismar müddəti yeddi ildən artıq olan avtomobillərin ölkəyə gətirilməsi məhdudlaşdırılacaq. Gürcüstan və digər xarici ölkələrin qeydiyyatında olan avtomobillərin üç aylıq ölkədə qalmasına icazə veriləcək. Bütün bunlar da avtomobillərin qiymətinə təsir göstərir. Beləliklə də köhnə maşınların qiyməti qalxdı. Həmçinin yeni avtomobillərin dövlət rüsumları baha olduğuna görə insanlar köhnə maşınlara üstünlük verir. Bu tendensiya nəticəsində bazarda köhnə avtomobillərə tələb çoxalır. Tələbin artması da qiymətləri qaldırır. 
Fikrimcə, irəlidə işlənmiş avtomobillərin qiyməti artmağa davam edəcək”. 



Elməddin Muradlı: “Vətəndaşlarımızın 70 faizdən artığının büdcəsi yalnız köhnə, istismar müddətini başa vurmaqda olan avtomobilləri almağa uyğundur”


E.Muradlı onu da söyləyib ki, DGK-i ölkəyə gətirilən yeni avtomobillərin dövlət rüsumunu aşağı endirməlidir:

“Çünki, yeni avtomobillərin dövlət rüsumu çox yüksəkdir. Vətəndaşlarımızın 70 faizdən artığının büdcəsi yalnız köhnə, istismar müddətini başa vurmaqda olan avtomobilləri almağa uyğundur. Bu il ölkəyə gətrilən avtomobillərin sayı artıb. Çox təəsüf ki, artımın böyük hissəsini işlənmiş avtomobillər təşkilr edir. Ona görə də, ölkənin avtomobil parkından istismar müddətini başa vurmuş, təhlükəsizlik tələblərinə cavab verə bilməyən maşınları çıxara bilmirik”.