Sabiq deputat namizədliyini irəli sürməyəcək - ÖZƏL

“Parlament seçkilərində namizədliyimi irəli sürməyi düşünmürəm”.

Bu sözləri Sherg.az-a açıqlamasında  sabiq deputat, "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti  Əliməmməd Nuriyev deyib.

Xatırladaq ki, Ə.Nuriyev 2-ci çağırış Milli Məclisin üzvü olub. 

Qeyd edək ki, 2020-ci ilin 9 fevral tarixində növbədənkənar parlament seçkiləri keçiriləcək.