Tanınmış təhsil eksperti deputat olmaq istəyir

“31 saylı Suraxanı 2-ci seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm”. 

Sherg.az-ın xəbərinə görə, bu barədə təhsil eksperti Etibar Əliyev bildirib: 

“Azərbaycan təhslini və elmini parlamentdə layiqli təmsil etmək üçün bunu etdim. Bir də kənardan gəlib buradan mandat aparanlardan fərqli olaraq, artıq 30 ildir ki, bu dairənin ərazisində yaşayıram və buraların problemlərini çox gözəl bilirəm”.