Xazaradze İvanişviliyə ciddi rəqib olacaq - ŞƏRH

Gürcüstanda yeni siyasi birlik-Gürcüstan üçün Lelo Partiyası yaranıb. Yeni partiya sədrinin Mamuka Xazaradze olacağı vurğulanıb. Yeni partiyanın tərkibinə Yeni Sağçılar Partiyasının da daxil olacağı bildirilib. Partiya əsas hədəfinin yeni parlament seçkisində qələbə qazanmaq olduğunu söyləyib.

Yaradılan yeni pariyanın uğur qazanıb-qazanmayacağını Sherg.az-a dəyərləndirən politoloq Azər Rəşidoğlu bildirib ki, Gürcüstanın keçmiş baş naziri Georgi Kvirikaşvili yenidən siyasətə qayıtmaq istəmir:

“Bu baxımdan, onun yeni partiyada yer alacağına inanmıram. Düşünürəm ki, Xazaradzedə 2020-ci ildə keçiriləcək parlament seçkilərində İvanişvilinin ciddi rəqibi olacaq. Xazaradzeni bir vaxtlar İvanişvilinin favoriti olub, amma sonradan münasibətləri korlanıb və vəzifəsindən azad edilmiş keçmiş baş nazir Giorgi Kvirikaşvilinin yaxın dostu olduğu üçün cəzalandırılıb. 



Azər Rəşidoğlu: “Onun siyasətə qayıtması etibarını itirən hakim komandanın resurslarına zərbə vura bilər”


Xazaradze 2018-ci ildən – ötən prezident seçkilərində hakimiyyətyönlü namizəd Salome Zurabişvilini dəstəkləyib. Gürcüstan siyasətində ictimai hərəkatların yaradılması, sonradan isə siyasi partiyalara transformasiya olması hallarının tez-tez təkrarlandığını nəzərə alsaq Mamuka Xazaradzenin siyasi məqsədlərinin olduğuna şübhə etmir. Xazaradzeyə başqa çıxış yolu qoymayıblar. Onun siyasətə qayıtması etibarını itirən hakim komandanın resurslarına zərbə vura bilər. Onun timsalında isə alternativ resurs mərkəzi yaranır və bu hakimiyyət üçün aşılmayacaq problem ola bilər”.